"Avropa üçlüyü" İrana qarşı sanksiyaları bərpa edir - Reuters

"Avropaüçlük" ölkələri - Böyük Britaniya, Almaniya və Fransa avqustun 28-də Tehranın nüvə proqramı üzrə danışıqlar nəticəsiz qaldığı üçün İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, "Avropa üçlüyü" yaxın günlərdə qərarını BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə bildirəcək. İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa olunacaq.

"Real danışıqlar, BMT Təhlükəsizlik Şurasına məktub göndərildikdən sonra başlayacaq", - deyə qərb diplomatlarından biri Reuters-ə anonim olaraq bildirib.

ABŞ və "Avropaüçlük" ölkələri əvvəllər avqustun sonunu nüvə sazişinin bağlanması üçün son tarix kimi müəyyən etmək barədə razılığa gəlmişdilər. Tehran BMT Təhlükəsizlik Şurası tərəfindən 2015-ci il razılaşmasına əsasən, ləğv edilmiş sanksiyaların bərpası halında Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqla hədələmişdi.

2015-ci ildə İranla Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan beynəlxalq razılaşmanı imzalamışdılar. Bununla da 2002-ci ildən başlayaraq İranın nüvə silahı hazırlığı ilə bağlı yaranan böhranı sona yetirmişdi. ABŞ prezidenti Donald Tramp ilk səlahiyyət müddətində bu razılaşmadan çıxaraq ABŞ-nin İran əleyhinə bütün sanksiyalarını bərpa etmişdi.

Buna cavab olaraq 2020-ci ildə İslam Respublikası razılaşma üzrə öhdəliklərini azaltmaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin ölkənin nüvə obyektlərinə girişini məhdudlaşdırmaq barədə qərar qəbul etdi. Bununla belə, MAQATE iyunda İran-İsrail münaqişəsinə qədər yoxlamaları davam etdirib.

Avqustun 26-da Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski bildirib ki, Moskva İranın nüvə proqramı ilə bağlı məsələnin diplomatik həllini tapmaq üçün BMT Təhlükəsizlik Şurasının Birgə Hərtərəfli Fəaliyyət Planına dəstək olaraq qəbul edilmiş 2231 saylı qətnaməsinin qüvvəsini altı ay müddətinə - 2026-cı il aprelin 18-dək uzatmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31