Türkiyədən Netenyahunun qondarma “erməni soyqırımı” bəyanatına SƏRT REAKSİYA

Türkiyə İsrail baş naziri Benyamin Netenyahunun 1915-ci il hadisələrinə dair qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir:

"Netenyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin ağrılı səhifələrindən siyasi məqsədlər üçün istifadə cəhdidir. Fələstin xalqına qarşı törədilən cinayətlərdə roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin əməllərini ört-basdır etməyə çalışır. Biz tarixi və hüquqi faktlara uyğun olmayan bu bəyanatı qətiyyətlə qınayır və rədd edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31