Prezident Xameneinin müşavirini RÜSYAV ETDİ
13:31 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində İranla münasibətlər və Zəngəzur dəhlizi məsələsinə dair sualları cavablandırıb. Dövlət başçısı xüsusilə İran rəhbərinin müşaviri (Əli Əkbər Vilayəti) və bəzi keçmiş rəsmilərin açıqlamalarına sərt reaksiya verib.
Olaylar.az xəbər verir ki, Prezident bildirib ki, Azərbaycan siyasətini yalnız legitim seçki yolu ilə formalaşmış, öz səlahiyyətinə malik prezidentlər və hökumətlər üzərindən qurur:
"Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Bizim üçün bu mövqenin əhəmiyyəti sıfırdır. Dövlətlərarası münasibətlər hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq."
Dövlət başçısı həmçinin bəzi media orqanlarında yayılan iddiaları əsassız adlandırıb:
"Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi, İranla Ermənistan sərhədini kəsəcəyi barədə planlara dair şayiələr tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Əgər etmək istəsəydik, 2020-ci ilin noyabrında bunu etmək çox asan idi. Bu beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir və hərbi baxımdan çox vaxt aparmazdı. Amma biz belə bir addım atmadıq və atmaq niyyətində də deyilik."
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın mövqeyi tamamilə məntiqlidir və Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə yaratmır.