“1 ilə başa çatacaq" - Zəngəzur dəhlizi ilə bağlı sensasion açıqlama
13:01 Siyasət"Cənab Prezident "Əl-Ərəbiyyə"yə müsahibəsində həm region, həm də beynəlxalq siyasətlə bağlı çox vacib məsələlərə toxunub və gələcəyə dair ciddi mesajlar verib.
İstər Rusiya və İranla münasibətlər, istər Yaxın Şərqdə Azərbaycanın rolu, istərsə də Türk dünyası ilə bağlı strateji yanaşmaları aydın ifadə edib".
Olaylar.az bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
"Xüsusilə, Zəngəzur dəhlizi və ya "Tramp marşrutu" adlanan dəhlizin açılmasının Azərbaycan üçün sadə məsələ olduğunu vurğulayıb. Mesaj isə ondan ibarətdir ki, kim orada işləyəcəksə - hansı şirkət, podratçı, investor olursa-olsun - bu layihə texniki baxımdan qısa müddətdə, yəni 1 ilə həyata keçirilə bilər.
Bununla yanaşı, Azərbaycanın hədəflərinin dəyişməyəcəyi, Ermənistan konstitusiyasında dəyişiklik gözləntisinin olduğu, ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə isə bunun Ermənistan üçün fəlakətə çevriləcəyini bir daha qətiyyətlə bildirib. Həmçinin diqqətə çatdırıb ki, Azərbaycan müharibə zamanı digər infrastruktur və mülki vətəndaşlara qarşı nəzakətli davranış sərgiləmişdir", deyə iqtidadçı vurğulayıb.
İqtisadçı həmçinin qeyd olunan müsahibədə enerji təhlükəsizliyi, bərpa olunan enerji sahəsində Körfəz ölkələrinin iştirakı və Türk Dövlətləri Təşkilatının gələcək qlobal rolu ilə bağlı mühüm məqamlara da diqqət çəkib:
"Müdahibədən aydın olur ki, Azərbaycanın məqsədi dəyişməyib. Ölkə öz yolunu sülh, sabitlik və əməkdaşlıq üzərində qurur. Yəni biz sadəcə hörmət və sülh istəyirik!"