İqtidarın uğurlarına böhtan atmaq yolverilməzdir- ÖZƏL

"Azərbaycanın Prezidenti Kəlbəcərdə rayon əhalisi ilə görüşlərində ölkəmizin qazandığı nailiyyətləri dilə gətirməklə insanların gələcəyə olan inamını artırdı". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib: "Dövlətin başçısı:"Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir" deməklə əsl həqiqəti dilə gətirir. Bu fikri 1993-cü il aprel günləri haqqında demək olarmı? Əsla yox. Bəs onda özünə müxalifət deyənlər nəyin narazılığını edirlər?  Bəlkə Ermənistanla sülh bağlamaq xeyrimizə deyil? Bəlkə Kəlbəcərdə gedən bərpa-quruculuq işləri müxalifətdə qıcıq yaradır? Yox, bəylər, nəyi isə tənqid etmək olar, iqtidarın hansı hərəkəti ilə razılaşmamaq olar. Amma iqtidarın uğurlarına böhtan atmaq yolverilməzdir. Çünki bu böhtanı atanlar özlərinə ziyalı deyirlər. Ziyalının ədaləti hər şeydən uca olmalıdır.
    Azərbaycanın 44 gün ərzində qazandıqları danılmazdır. Hətta düşmənlərimiz belə Azərbaycanın qələbəsini etiraf edir. Gəlin, hamımız bu qələbəyə sevinək və iqtidara uğurlar diləyək. Mən əminəm ki, ən qədim insan məskənlərindən olan Kəlbəcərin  Zar mağarası tezliklə dünya arxeoloqlarının tədqiqat mərkəzinə çevriləcək və Azərbaycan həqiqətləri bütün dünyaya yayılacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31