Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mehriban Əliyevanı təbrik edib
18:50 SiyasətTürk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Olaylar xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli Mehriban xanım!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.
Siz müasir Azərbaycanın dövlət quruculuğunda, ölkəmizin dünyada tanıdılmasında və vətəndaşların rifahının yüksəldilməsində müstəsna xidmətləri olan, nümunəvi və həssas qəlbli dövlət xadimisiniz. Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə də möhtəşəm muğam sənətinin dünyada tanıdılmasında oynadığınız rol, humanitar və xeyriyyəçilik fəaliyyətiniz, təhsil və səhiyyə sahələrinə verdiyiniz dəyərli dəstəyiniz, həmçinin Türk mədəniyyəti və incəsənətinin inkişafına göstərdiyiniz xüsusi töhfələr tarixdə daim qızıl hərflərlə yazılacaqdır.
Nəcib və humanist addımlarınız, insanların qayğılarına diqqətiniz və qayğınız Sizi bütün dünyada xeyirxahlıq simvollarından birinə çevirmişdir.
Bu gün doğma Qarabağ sürətlə inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır. Siz öz xalqınıza olan sarsılmaz sevginizin təcəssümü kimi, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevlə birgə Qarabağın genişmiqyaslı bərpa və quruculuq işlərinə mühüm töhfələr verirsiniz. Qarabağa etdiyiniz birgə səfərləriniz, təməli qoyulan infrastruktur layihələri, istifadəyə verilən yeni yaşayış məhəllələri və mədəniyyət ocaqları Azərbaycan xalqının tarix salnaməsinə əbədi həkk olunur.
Hörmətli Mehriban xanım!
Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə ailə səadəti, firavanlıq və dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti