"Mən ABŞ-ni və dünyanı idarə edirəm" deyən birinin cənab Prezidenti böyük lider adlandırması...- ÖZƏL
11:16 Siyasət"Laçın Günü, yəni sözü gedən rayonun şəhər qarışıq önəmli bir hissəsinin şəhid verilmədən, güllə atılmadan tamamilə geri qaytarılması ərəfəsində ABŞ Prezidenti Donald Trampın dövlət başçımıza avqustun 8-də Ağ evdə çəkdirdikləri şəkili üstünə "İlham, Siz böyük lidersiniz" sözləri yazaraq hədiyyə etməsində bir rəmzlik var". Olaylar xəbər verir ki, bunu Milli Mclisin deputatı Sahib Alıyev deyib: "Müzəffər Ali Baş Komandanımızın cənab Tramp dedi ya demədi, böyük lider olduğunu son 5 ildə bu regionda hansı proseslərin getdiyindən az-çox xəbərdar hər kəs bilir. Amma özü haqda "mən ABŞ-ni və dünyanı idarə edirəm" deyən birinin cənab Prezidenti böyük lider adlandırması təkcə bunun mümkün olan ən yüksək səviyyədə də təsdiqlənməsi demək deyil. Bu, həm də son 5 ildə bizim regionda baş verənlərə yumşaq desək, elə də sıcaq yanaşmayan super gücün böyük lider adlandırılan şəxsin yaratdığı yeni geosiyasi reallıqla nəinki razılaşdığının, hətta artıq onu dəstəkləmək yolu tutduğunun sərgilənməsidir. Və burada dövlət başçımız Ağ evdə olarkən ABŞ Prezidentinin ona "yəqin bilirsiniz, mən Putinlə görüşəcəyəm" deməsini xatırlatmağa da ehtiyac duydum".