Böyük Qayıdışın növbəti ünvanı Kəlbəcərdə yazıldı- ÖZƏL

"Avqustun 21-də tariximizə Böyük Qayıdışın növbəti ünvanı yazıldı. Kəlbəcər şəhəri sakinlərinə qovuşdu. Dövlətimizin başçısı İlham Əliyev Qarabağa səfəri çərçivəsində Kəlbəcər və Ağdərə rayonlarında oldu, mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi, görülən işlərlə tanış oldu. Cənab İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə vurğuladı ki, bu gün  həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız. Ədaləti, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə  nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı". Olaylar xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: 
"Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarda bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. "Bizim işimiz quruculuqdur" söyləyən  Prezident İlham Əliyev bildirdi ki, onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində, kəndlərində bir dənə salamat bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Bu cəmiyyət xəstədir. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb: "Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31