Zəngəzur dəhlizi Türkiyə, Ermənistan ilə Azərbaycan arasında barışıq layihəsidir - Ərdoğan
21:41 SiyasətZəngəzur dəhlizi Türkiyə, Ermənistan və Azərbaycan arasında bir növ barışıq layihəsidir.
Olaylar xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı deyib.
Ərdoğan qeyd edib ki, avqustun 22-də təməli qoyulan 224 km-lik dəmir yolu xətti Türkiyə üçün qürur mənbəyidir. Bu dəhliz ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıya biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31