Ərdoğan Ermənistan üzərindən dəhliz məsələsinə toxundu
15:45 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kars-Iğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə müraciət ünvanlayıb.
Olaylar.az xəbər verir ki, dövlət başçısı bu xəttin istifadəyə verilməsinin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində istehsal və ixrac imkanlarını artıracağını, nəqliyyat infrastrukturunu yaxşılaşdıracağını və Aralıq dənizi hövzəsinin turizm potensialını gücləndirəcəyini bildirib.
Ərdoğanın sözlərinə görə, Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmir yolu şəbəkəsinin genişlənməsi regional ticarətə son dərəcə müsbət təsir göstərəcək:
"Bu dəmir yolu xətti təkcə ölkəmiz üçün deyil, bütün region üçün böyük əhəmiyyət daşıyır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31