Rusiyanın Ukraynadan inanılmaz tələbləri – Putin Trampa nələr deyib?

Rusiya Prezidenti Vladimir Putin Ukraynadan Donbası tərk etməyi, NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməyi, neytrallığı qorumağı və Qərb qoşunlarının ölkəyə buraxılmamasını tələb edib. Bu barədə "Reuters" Kremldəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp və Putinin arasında 3 saatlıq qapalı görüşdə Ukrayna ilə bağlı mümkün kompromislər müzakirə olunub.

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Vaqif Hüseynbildirib ki, Putinin bu tələbləri yeni deyil:

"Əslində, o müharibənin ilk günündən bu tələbləri irəli sürürdü. Hətta 2014-cü ildə də bu tələb mövcud idi. Buna görə də, mən bunu yeni bir tələb kimi görmürəm. Rusiya yalnız ordu ilə deyil, diplomatiyada da hücum taktikasına keçib və bununla nəticə əldə etməyi düşünür. Geri çəkilmək ruslar üçün fəlakətdir. Kreml üçün yeganə müdafiə hücumu taktikasından ibarətdir. Onlar hesab edirlər ki, müharibə meydanında təşəbbüs onlara məxsusdur, Ukrayna isə sadəcə müdafiə olunur.

WhatsApp Image 2024 08 16 at 12.14.30

Vaqif Hüseyn 

Əlbəttə, informasiya müharibəsi də davam edir. Məsələn, Rusiya ordusunun millimetrik irəliləyişləri böyük şəhərlər və qəsəbələr ələ keçirmiş kimi təqdim olunur. Təəssüf ki, bu gün Rusiyada bu təbliğat işə yarayır və əhalinin böyük bir hissəsi ona inanır. Müharibə əleyhdarı olan təbəqə isə böyük ölçüdə susdurulub. Bu, siyasi sifarişli qətllər, təhdidlər və sürgünlərlə həyata keçirilir. Bunlar nəticə verməyəndə isə ictimai qınaqla müharibə əleyhdarları susdurulur.

Rusiya bütün bunlara arxayındır. Daxili auditoriyanın dəstəyi, müharibədə əldə etdiyi üstünlüklər, dəyişən geosiyasi konfiqurasiya və digər faktorlar onun diplomatik sahədə də təzyiq və hücum strategiyasına keçməsinə səbəb olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31