Prezident İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində "Axaltəkə" atlarına və milli "Galkynysh" atlı qrupunun çıxışına baxıblar.

Olaylar.az xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulı Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqı adından dövlətimizin başçısına "Taus" ləqəbli "Axaltəkə" atını hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31