Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, din birləşdirir
22 Avqust 2025 13:06 SiyasətAzərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, din birləşdirir.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətəkgörüşü zamanı deyib.
"Eyni zamanda, bu gün Sizin təşəbbüsünüzlə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Mən bunu çox yüksək qiymətləndirirəm, bu, çox yaxşı təşəbbüsdür. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq", - dövlətimizin başçısı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31