Prezidentlə xanımı arasında maraqlı zarafat – VİDEO
22 Avqust 2025 12:38 SiyasətÖtən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonunda sakinlərlə görüşü maraqlı anlarla yadda qalıb.
Olaylar.az xəbər verir ki, görüş zamanı dövlət başçısı sakinlərlə bir-bir görüşüb. Mehriban Əliyeva sakinlərlə eyni sırada dayandığı üçün Prezident birinci xanımın da əlini sıxaraq "Sən də sağ ol!" deyə bildirib.
İlham Əliyevin xanımı ilə bu zarafatı sakinlər tərəfindən maraqla qarşılanıb.
Sözügedən görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31