Ölkədə ən çox müzakirə təhsillə bağlı aparılır- ÖZƏL

"Təhsil cəmiyyətin  ən aparıcı sahələrindən biri olmaqla yanaşı,  həm də hər birimizin həyatında xüsusi rola malikdir. Ölkədə ən çox müzakirə təhsillə bağlı aparılır. Çünki hər evdə şagird var, məktəbin qayğıları həm də hər bir valideynin qayğısıdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib: "Ədalət naminə onu da etiraf etməliyik ki, bu sahədə uğurlarımız hər il artır. Məktəblərin təmiri, yeni məktəblərin tikintisi, qazlaşdırma və istilik məsələləri artıq problem deyil, günün qayğılarıdır.Dövlətimiz bu istiqamətdə ən uğurlu addımlarını atır. 44 günlük Vətən Müharibəsi göstərdi ki, müəllimlərimiz şagirdlərimizi Vətənə məhəbbət ruhunda tərbiyə etməyə müvəffəq olmuşlar. Dünən partadan ayrılan, bu gün əlinə süngü götürən əsgərlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın etdi və Azərbaycan qalib dövlətlərin cərgəsində yer aldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31