Prezidentin Kəlbəcərə səfəri müasir tariximizdə bir sıra hadisələrlə əlamətdar oldu- ÖZƏL

"Yandırılmış, dağıdılmış, viran qoyulmuş Kəlbəcər indi  tamamilə yenidən qurulur. Xəyallara gəlməyən işlər görülür.  Cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qədim tarixi, mədəniyyəti, tanıdıqlarım insanlarının hamısının mərd, qəhrəman, dürüst olduğu  Kəlbəcərimizə səfəri müasir tariximizdə bir sıra hadisələrlə əlamətdar oldu". Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Toğanalı-Kələbəcər-İstisu avtomobil yolunun tikintisi ilə tanışıqlıq və Murovdağ tunelinin texniki açılışını etməsi mədəniyyətin başladığı  yola dövlət başçımızın böyük diqqət yetirdiyini göstərir.  Bu yol və tunel istifadəyə verildikdən sonra həyat daha da asanlaşacaq, tikinti-quruculuq işlərinin sürəti artacaq, turizm inkişaf edəcəkdir. Millətimizin yolu həmişə açıq olsun! 
     Səfər zamanı cənab Prezidentimizin şəhərdə təməlini qoyduğu  3-cü və 4-cü yaşayış kompleksləri istifadəyə verildikdən sonra  yurda qayıtmaq həsrətində olan yüzlərlə ailə sevinəcək, ocağı yanacaq, qəlbləri isinəcək. Dünyada insana sevinc bəxş etmək nə gözəldir.
    Təkrarsız təbiəti və bəlkə də dünyanın ən yaxşı balı olan Kəlbəcərdə cənab Prezidentimizin "Balland-Kəlbəcər bal, arı və arıçılıq məhsulları" mağazasını açması da bütün millətimizin olduğu kimi, bu rayonun hər bir sakininin həyatının bal kimi şirin olması arzusu, onlara  xas olan arı zəhmətkeşliyi və saflığıdır. 
     Şəhər istirahət parkının əsasının qoyulması da Kələbəcər sakinlərinə bir hədiyyədir. İşdən sonra belə bir parkda istirahət etmək böyük zövq verəcəkdir. Kəlbəcər sakinlərinə sevinc bəxş edən dövlət başçımızı və birinci xanımı Allah hifz etsin və daim sevindirsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31