Prezidentin Kəlbəcərin işğalı tarixi barədə dedikləri hər bir azərbaycanlı üçün dərsdir- ÖZƏL

"Cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olmaları, buraya köçən sakinlərlə görüşmələri, mənzillərin açarlarını təqdim etmələri millətimizin həyatında tarixi bir gündür". Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Kəlbəcər sakinlərinin ilk qrupu 32 ildən sonra doğma diyara qayıtdı. Sakinlərə görüşdə dövlət başçımızın nitqini  hər bir azərbaycanlının oxuması faydalı olardı. Bu nitqdə torpaqlarımızın işğal səbəbləri, azad edilməsindən ötrü  aparılan siyasi-diplomatik səylər və dövlət başçımızın rəhbərliyi altında tarixi qələbənin mahiyyəti öz əksini tapıb. Aşağıdakı sözləri millətimizin indiki və gələcək nəsilləri heç bir zaman unutmamalıdır: 
    "Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı". 
    Vətən topaqlarının işğaldan azad edildiyi və keçmiş məcburi köçkün qardaş-bacılarımızın doğma yurdlarına qayıtması hər bir vətən övladı üçün müqəddəs gündür. Qısa müddətdə Kəlbəcərə işıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. Ən vacib olan məsələlərdən biri Kəlbəcərdə məktəb tikintisidir. Bu, dövlət başçımızın gənc nəslin təhsilinə xüsusi diqqət yetirdiyini göstərir.
    Nitqində cənab Prezidentimizin Kəlbəcərin işğalı tarixi barədə dedikləri hər bir azərbaycanlı üçün dərsdir. Eyni zamanda qazanılan qələbənin düsturunu da söylədi: "Hələ 2003-cü ildə prezident vəzifəsinə seçiləndə bunu demişdim, ondan sonrakı dövrlərdə dəfələrlə demişdim və nəinki demişdim, hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq.
    Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir.  
   ... xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi...
    Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabra qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq...  Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31