Bakı İrəvanla barışdı, o ölkə ilə “düşmən” qalır – Sevindirici məqam

Fransanın Sofi Laqutu Azərbaycana yeni səfirtəyin etməsi Bakıda maraq və ehtiyatlı optimizmlə qarşılanıb. Ölkəmizin Parisdəki səfiri Leyla Abdullayeva sosial media üzərindən Laqutla görüşdüyünü açıqlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Yeni təyinat Fransanın əvvəlki səfiri Ann Buayon dövründə yaranmış diplomatik gərginlik fonunda həyata keçirilib. Son aylarda Parisdən Azərbaycanın ünvanına yönələn sərt bəyanatların və tənqidi çıxışların sayında azalma müşahidə olunur. Bu isə rəsmi Bakının və Fransadakı azərbaycanlı diplomatiyanın səbirli və ardıcıl fəaliyyəti nəticəsində baş verən yumşalma prosesi kimi qiymətləndirilir.

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Azərbaycanla Fransaarasında münasibətlər donmuş formadadır:

"Yəni tərəflər bir-birinə qarşı sərt ritorikadan istifadə etmir, gərginlik səngiyib. Bununla belə, münasibətlərdə normallaşma da müşahidə edilmir. Yeni əməkdaşlığa dair dövlətlər arasında yeni bir saziş və ya təmas yoxdur.

Ferhad Memmedov

Fərhad Məmmədov

Digər tərəfdən, Fransada parlament səviyyəsində qəbul edilmiş anti-Azərbaycan qərarları, o cümlədən ölkəmizdə fəaliyyət göstərən BakıTəşəbbüs Qrupu geri çəkilmir. Ona görə də münasibətlərin bu tərzdə davam etdirilməsi Bakıtərəfindən məqsədəuyğun hesab edilir.

Əslində, Bakı ilə Paris arasındakı münasibətlərin hazırkı vəziyyəti Ermənistanla Azərbaycanarasındakı sülh gündəliyinə müsbət təsir edir. Yəni bu mənada prosesin hələ bir müddət belə davam etməsi gözləniləndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31