Azərbaycan Ukraynaya silah vetosunu aradan qaldırmayacaq- ÖZƏL
17:40 Siyasət"Azərbaycanın Ukraynaya silah verməsinə ehtiyac yoxdur. Azərbaycan münaqişə tərəfi deyil".Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Avropa ölkələri və ABŞ bu işi həyata keçirir. Təbii ki, Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Hazırda Azərbaycan Rusiya ilə açıq konfliktə maraqlı deyil.
Cənubi Qafqazda Azərbaycanın müstəqil siyasəti, xüsusilə Ermənistanla sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizindən Rusiyanın kənarlaşdırılmasi Moskvanın Bakıya qarşı təzyiqlər etməsi ilə nəticələnir. Rusiyanın Ukraynada Azərbaycana məxsus olan SOCAR yanacaq çənlərini vurması, qaz kompressor stansiyasına zərbə və digər sahələrdə təzyiqləri davam etdirir. Bu, o demək deyil ki, Azərbaycan Ukraynaya silah verməlidir.
Azərbaycan Rusiya ilə bağlı siyasətində aydın siyasət həyata keçirir. Rəsmi Bakıdan Rusiyaya qarşı hər hansı bir siyasət aparılmır. Həm də Azərbaycanın Türkiyə kimi strateji qardaş müttəfiqi var. Rusiya Ukraynada strateji bataqlıqdadı. Azərbaycan Ukraynaya silah versin kimi açıqlamalara ehtiyac yoxdur".