21-ci əsrin ən pis mədəni soyqırımı məqaləsi- ÖZƏL
16:32 Siyasət"Bu arada Əkrəm Əylisli "mirotvorets" kimi zühur edib. Guya ki, bu çoxdan xalqları barışdırmaq istəyirmiş. Əslində onun "Daş yuxuları" heç bir barışığa xidmət etmir, əksinə, nifrəti artırır. Belədə barışıq üçün ən yaxşı əsər Cəfər Cabbarlının "1905-ci ildə" dramıdır".Olaylar xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Əkrəm Əylisli elə bilir ki, hamı ona istinadala "The Guardian" qəzetində 2019-cu ildə dərc olunmuş və sonradan bir çox məşhur qəzetlərdə təkrar olaraq verilmiş Azərbaycan tərəfindən erməni abidələrinin məhv edilməsinə dair cəfəng "Monumental itki: Azərbaycan və "21-ci əsrin ən pis mədəni soyqırımı" məqaləsini unudub. Məqalədə göstərilirdi ki, guya " .....Əkrəm Əylisli hələ 1997-ci ildə Prezidentə müraciət edərək xaçkarların məhvini "dəhşətli vandalizm" və "mənasız fəaliyyət" adlandırıb və bunun dünya ictimaiyyəti tərəfindən dini və mənəvi dəyərlərə hörmətsizlik kimi qiymətləndiriləcəyini bildirib"
Əlbəttə indiki halda onu "sülhpərvər" kimi təqdim edib reablitasiya etməyə cəhd edənlər olacaq. Amma heç kəs unutmasın ki, onun "əsərini" erməni nəşriyyatı dünyanın onlarla dilinə tərcümə edib elə-belə yaymayıb".