Səssiz, lakin yüksəlişdə olan güc- ÖZƏL
16:22 SiyasətÇin Xalq ordusu 3 sentyabrda keçiriləcək hərbi parada hazırlaşır. Parad öncəsi məşqlər zamanı isə olduqca maraqlı və heyrətləndirici silah sistemləri ilk dəfə gün üzünə çıxarılır.
Bunlar - nəhəng sualtı pilotsuz aparatlar, 4 yeni gəmiəleyhinə raketlər YJ-15, YJ-17, YJ-19, YJ-20 kimi modellər. Bunların arasında hipersəs tipli raketlərdə mövcuddur ki, həmin texnologiyanın yaxın İran-İsrail münaqişəsində əhəmiyyətini və imkanlarını müşahidə etdik. Çin Rusiya-Ukrayna müharibəsinin əsas qazanan tərəflərindən biridir və münaqişənin davam etməsində maraqlıdır. Onlar üçün Qərbin, xüsusilə, ABŞ-ın sözügedən istiqamətə fokuslanması yeni dividentlər deməkdir ki, həm ucuz xammal hesabına iqtisadi qüdrətini artırırlar, həm hərbi sənayesini bir üst səviyyəyə çıxarırlar, həmdə Tayvan məsələsində inseativi öz əllərində cəmləşdirməyi sürətləndirirlər. Təbii ki, bütün bu hərbi aktivlik təkcə Tayvan üçün deyil, Birləşmiş Ştatlarla qlobal liderlik mübarizəsi Pekini daha böyük addımlar atmağa stimullaşdırır.
Hesab edirəm ki, Donald Tramp sələfi Baydendən fərqli olaraq məsələnin ciddiliyinin fərqindədir və ölkəsinin resurslarını məhz Çinlə mübarizəyə cəmləşdirmək istiyir. Onun Ukrayna böhranındakı fəallığı da bir nöqtədə qlobal liderliyini təsdiq etməyə və Pekini bununla razılaşmağa hesablanıb. Avropa və Çindən fərqli olaraq ABŞ Rusiyanın parçalanmasında maraqlı deyil. Ən azından bu məsələ bir müddətdir gündəmdədir. Vaşinqton Kremli itaət edən, lakin jandarm rolunda saxlamaq istəyir. Bu ənənəvi bir praktikadır.
Lakin, ox yaydan çoxdan çıxıb. Rəsmi Pekin həm iqtisadi, həm insan, həmdə qiymətli matreallar resurslarını peşəkarlıqla istifadə edir və bu gücün qarşısını almaq demək olar ki, mümkün deyil.
Siyasi şərhçi Pərviz Mirizadə