Rusiya iqtisadi sabotajla məşğuldur-Özəl
09:56 Siyasət"Rumıniyadan verilən məlumata əsasən, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə Avropaya, o cümlədən Rumıniyaya idxal olunan Azərbaycan neftini Rusiya çirkləndirir. Rusiya BTC kəmərinə xlor məhlulunu vurmaqla bunu həyata keçirir. Rumıniya, ona çatacaq 184 min ton neftdən xlorla çirkləndirildiyi səbəbindən imtina edib".
Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov dryib: "Rusiyanın məqsədli şəkildə Ukrayna ərazisində Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazalarını vurması və faktla bağlı heç bir reaksiya verməməsi, Rusiyanın Azərbaycana qarşı açıq düşmənçilik siyasətini göstərir. Ancaq, Rusiya antiAzərbaycan siyasətinin forma və meydanını dəyişib. BTC neft kəməri ilə ixrac olunan Azərbaycan neftinin çirkləndirilməsi, Ukraynada SOCAR - a məxsus neft bazaların vurulması onu sübut edir ki, Rusiya Azərbaycana təsir edə biləcək heç bir vasitəyə, imkana malik deyil.
Yeri gəlmişkən, 12 iyul 2020-ci il Rusiyanın birbaşa göstərişi və iştirakı ilə başladılmış Tovuz döyüşlərinin hədəfi də məhz Azərbaycan neft və qaz kəmərlərini nəzarətə götürmək idi.
Rusiya ancaq Azərbaycan əsilli Rusiya vətəndaşlarını incitməklə, onları həbsə atıb, iş adamlarının bizneslərini mənimsəməyi bacarır. Bu Rusiyanın cılızlığını sübut edən faktdır. Bu faktlar həm də onu sübut edir ki, Rusiya dövlət səviyyəsində irqi və milli ayrı-seçkilik edir, faktiki olaraq milli mənsubiyyətinə görə öz vətəndaşlarına qarşı açıq dövlət terroru həyata keçirir. Elə Qroznıda Azərbaycanın sərnişin təyyarəsini vurması da bu siyasətin nəticəsidir.
Azərbaycan öz ərazilərində bütün infrastruktur obyektlərinin təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Ölkə xaricində olan tranzit və infrastruktur xətlərinin mühafizəsi təbii ki, həmin dövlətlərin məsuliyyətidir. Şübhəsiz ki, Rusiyanın Azərbaycana təsir imkanlarının məhdud olmasından, Rusiyanın belə təxribatçı, hibrid və hətta mümkün terror əməllərinin təkrarı istisna deyil".