Ölkəmizdə bütün işlər dəqiq planlaşdırılır, ustalıqla həyata keçirilir-Özəl
09:54 Siyasət"Ölkəmizin indiki inkişaf mərhələsində də bütün işlər dəqiq planlaşdırılaraq ustalıqla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gəncə şəhərinə səfəri bunu bir daha göstərdi". Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Səfərdən aşağıdakı nəticələr çıxarmaq olar:
- Azərbaycanı bu günlərə gətirən siyasətin təməlini ulu öndər Heydər Əliyev qoyub. Əgər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlib ölkəni parçalanmaqdan, dövlət müstəqilliyini itirilməkdən xilas etməsəydi, atəşkəsə getməsəydi, "Əsrin müqaviləsi"ni imzalamasaydı, dövləti və ordunu qurmasaydı, cənab Prezidentimiz hakimiyyətə gəlməsəydi işğal altında qalmış ərazilər azad edilməyəcək və bugünkü Azərbaycan da olmayacaqdı. Ona görə də millətimiz və dövlətimiz mövcud olduqca gücünü millətdən alan bu siyasət davam etdirilməlidir;
- dövlətimizin xatirəsini daim uca tutduğu qəhrəman şəhidlərimiz əbədi olaraq millətimizin qəlbində yaşayacaq və and yerimizdir;
- bazalt məhsullarının istehsalı müəssisənin təməlinin qoyulması ölkəmizdə tikinti sənayenin inkişafına, ixraca və yeni iş yerlərinin yaradılmasına diqqətin nümunəsidir. Tikinti-qur uculuq işləri ölkəmizin inkişafının göstəricilərindən biridir;
- ölkəmizdə qeyri-neft sektorunun, xüsusən turizm, sanatoriya-kurort sənayesinin inkişafına xüsusi qayğı göstərilir. Bir neçə ildən sonra Azərbaycan dünyanın məşhur sanatoriya-kurort və turizm mərkəzlərindən birinə çevriləcək, yeni iş yerləri açılacaq, ölkə iqtisadiyyatı daha da güclənəcəkdir;
- hər bir ölkənin inkişafını göstərən amillərdən biri həm də millətin sağlamlığı olan idmanın inkişafıdır. Yaxın vaxtlarda Azərbaycan dünyanın idman həyatında daha mühüm yer tutacaqdır.
Nəzərdən qaçırmayaq ki, bütün bu işlər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan möhtəşəm işlərlə, keçmiş məcburi köçkün bacı-qardaşlarımızın doğma yurdlarına qayıtması ilə eyni vaxtda görülür. Həm də təkcə Gəncədə deyil, ölkəmizin bütün digər rayonlarında da..."