Aparılan danışıqlar, görüşlər, diplomatik əlaqələrin hamısı imitasiyadır- ÖZƏL

"Rusiya üçün Ukrayna müharibəsi, sadəcə torpaq işğalı və NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaq məqsədi daşımır. Rusiya Ukraynada başladığı müharibəni SSRİ - nin, yaxud rus imperiyasının bərpası üçün ilk və həlledici mərhələ hesab edir. Gedən danışıqlar, görüşlər, diplomatik əlaqələr hamısı imitasiyadır". Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Rusiyanın atəşkəssiz birbaşa sülh müqaviləsi tələbi əslində elə Ukraynanın razılığa gəlməsini mümkünsüz edir. Əgər, Rusiya tələbləri çərçivəsində Ukrayna ilə sülh müqaviləsi bağlayarsa, bu Rusiyanın yeni müharibələrini mütləq prosesə çevirir. Deyəndə ki, Ukrayna bütün dünya üçün savaşır, bu həqiqətdir. Demək bu müharibə bütün dünyanı narahat etməlidir.

Ermənistana gəldikdə isə, Ermənistan və Azərbaycan arasında dayanıqlı sülh mümkün deyil və zaman-zaman müharibə təkrarlanacaq. Məsələnin kökündə yenə də, Ermənistanın, ermənilərin qonşulara qarşı torpaq iddiası deyil, bu iddialara əsas verən ermənilər üçün yazılan sifarişli saxta tarixdir. Ermənilər bu saxta tarixin əsirinə, eləcə də bu saxta tarixi şüuraltı düşüncə tərzinə çeviriblər. Qafqazın tarixinə, mədəniyyətinə, bütün keçmişinə iddia edirlər. Ermənilərə çar Rusiyası, xüsusən də SSRİ dövründən yazılan saxta tarix bütün problemlərin, konfliktlərin yaranma səbəbidir. Əsl erməni tarixini bütün dünya üçün ortaya çıxarmayınca erməni problemi davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31