Ermənilərin yenidən tarixi Azərbaycan torpaqlarına köçürülməsi mümkün deyil- ÖZƏL

"Paşinyanın məlum bəyanatı, ələlxüsus Qarabağa vaxtilə köçürülən ermənilərlə bağlı - Ermənistan müxalifətində ciddi etirazlara səbəb olub. Bu müxalifətin quyruğu özlərində deyil.  Lakin, əgər erməni xalqı Paşinyana etiraz etsəydi indi küçələrdə olardı. Ter - Petrosyan, Koçaryan, Sarkisyan və digərləri elə bu nalə ilə bu dünyadan köçəcəklər". Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Fakt isə budur. Qarabağda ermənilər XIX əsrdən başlayaraq peyda olublar. 2020- ci ilin 44 günlük müharibəsinin və 2023 antiterror tədbirlərinin nəticəsi ilə Qafqazda yeni dönəm başlayır. XIX əsrdən başlayan status - kvo və geosiyasi konfiqurasiya darmadağın edildi. Ona görə də, ermənilərin yenidən tarixi Azərbaycan torpaqlarına köçürülməsi mümkün deyil. Naxçıvanın da, Zəngəzurun da Azərbaycandan ayrı qalması yeni konfiqurasiyada mümkün deyil. Azərbaycan 1918- 1920- ci illərdə ondan qoparılan diyara qayıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31