Rusiyadan azərbaycanlılara NÖVBƏTİ HÜCUM, vəziyyət GƏRGİNLƏŞDİ
11:30 SiyasətRusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim edilib.
Olaylar.az xəbər verir ki, layihənin müəllifləri deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilovdur.
Sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.
Təklifə əsasən, yetkinlik yaşına çatmayan əcnəbilər yalnız qanuni nümayəndələrinin və ya notarial təsdiq edilmiş etibarnaməyə malik digər yetkin şəxslərin müşayiəti ilə Rusiyaya daxil ola biləcəklər.
Həmçinin ölkəyə giriş yalnız təhsil, müalicə və ya müvəqqəti qalma, idman yarışları, olimpiadalar və turist səfərləri üçün mümkün olacaq.
Layihədə qeyd olunur ki, əgər Rusiyada azyaşlının başqa qanuni nümayəndəsi yoxdursa, o, müşayiət edən yetkin şəxs ilə birlikdə deportasiya edilə bilər.
Qanun layihəsinin izahatında bildirilir ki, hazırda azyaşlılar qanuni nümayəndələrinin notarial təsdiqlənmiş razılığı olmadan da Rusiyaya gedə bilirlər. Deputatlar isə vurğulayırlar ki, bəzi hallarda yeniyetmələr formal olaraq təhsil məqsədi ilə Rusiyaya gəlir, əslində isə iş üçün qalırlar.