Azərbaycanda SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq - FƏRMAN
16:07 SiyasətAzərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Lisenziyalar və icazələr haqqında" qanunun tətbiqi, bununla bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərmanda öz əksini tapıb.
Fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.
Bu Fərmanın 1-3-cü hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.