Ruiya beynəlxalq humanitar hüquqa qarşı çıxır- ÖZƏL
13:22 Siyasət"Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Ukraynanın Odessa şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirməsi Azərbaycan iqtisadiyyatı və enenrji təhlükəsizliyinə təhdiddir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Rusiya Silahlı Qüvvələrinin Ukraynada yerləşən Azərbaycana məxsus mülki obyektləri hədəfə alması birinci dəfə deyil. Bir müddən öncə Rusiya tərəfindən Ukraynada qaz kompressor stansiyasına hava zərbələri endirilmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsi pislənmişdi. Bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminlik ifadə olunmuşdu.
Nəzərə alınmalıdır ki, Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarı hərbi yox, mülki obyektdir. Belə halda Rusiyanın məqsədli şəkildə mülki obyektə hava zərbələri endirməsi beynəlxalq humanitar hüquqa ziddir".