Şəhidlər xiyabanımız Azərbaycan xalqının and yeridir- ÖZƏL
19 Avqust 2025 12:56 Siyasət"Azərbaycan xalqı öz şəhidlərinin ruhunu daima öz qəlblərində gəzdirir". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Şəhidlər xiyabanımız Azərbaycan xalqının and yeridir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını xalqımızın uğrunda fəda ediblər. Hər bir şəhidimiz bizə müqəddəsdir. Şəhid vətəndir. Şəhidə və onun vətəninə kimliyindən asılı olmayaraq hörmətsizlik edən mütləq hüquq çərçivəsində cəzaya məhkum edilməlidir. Məhz şəhidlərimiz bizə daima vətəni və onu müdafiə etməyi əxz edir".
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.