Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi - Ermənistan baş naziri

Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bəyan edib.

O bildirib ki, bəzi qüvvələr Qarabağ məsələsini sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər.

"Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyimi demişdim. Xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq", - Paşinyan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31