Azərbaycan şirkətinə raket zərbəsi – Zelenskidən sərt açıqlama
15:15 SiyasətOdessada SOCAR-a məxsus neft bazasına edilən hücum Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Bu, tamamilə nümayişkaranə və cəsarətli bir Rusiya hücumu idi. Onlar yaxşı bilirlər ki, bu gün Vaşinqtonda müharibənin dayandırılması üçün görüş keçirilir. ABŞ Prezidenti Donald Tramp ilə əsas məsələlər barədə danışacağıq. Bu söhbətdə Ukrayna ilə yanaşı Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya, Aİ və NATO rəhbərləri də iştirak edəcək", - deyə Ukrayna lideri bildirib.
Zelenski qeyd edib ki, bütün ölkələr sülh və həqiqi təhlükəsizlik istəyir:
"Və məhz bu an ruslar Xarkova, Zaporojyeyə, Sumıya, Odessaya, yaşayış binalarına, mülki infrastrukturumuza zərbələr endirirlər. Odessada isə Azərbaycan şirkətinə məxsus enerji obyektinə bilərəkdən raket zərbəsi endirilib. Bu, həm münasibətlərimizə, həm də enerji müstəqilliyimizə vurulan zərbədir".