Bu sammit Rusiyanın son ümidlərundən biri olacaq- ÖZƏL
16:53 SiyasətBu gün dünyanın diqqəti Alyaskada Trump-Putin sammitinə yönəlib. Bilirik ki:
ABŞ-nin təklifləri və tələbləri atəşkəs, Krımın Rusiyanın tərkibində tanınması, müharibənin tamamilə dayandırılması üçün Ukraynanın ərazi güzəştlərinə getməsidir. Olaylar xəbər verir ki, bunu iqtisadi ekspert Elman Sadıqov deyib:
"Rusiyanın təklifləri və tələbləri: Ukraynanın NATO-ya daxil olmayacağı ilə bağlı zəmanət, Ukraynanın demilitarizasiyası (qeyd: Ukraynanın beynəlxalq təhlükəsizliyinə zəmanət qarşılığında 1994-də də atom silahını aldılar, lakin bu zəmanət də tam işləmədi), Rusiyaya qarşı sanksiyaların ləğvi, Ukraynanın 5 regionunun Rusiyanın əraziləri kimi tanınması;
Ukraynanın təklif və tələbləri: heç bir ərazi güzəşti olmayacağı, Ukrayna torpaqlarında Rusiyanın tam geri çəkilməsi, Rusiyanın Ukraynaya təzminat ödənişi.
Trumpın bu sammitin uğursuz olma ehtimalının 25% olduğunu qeyd etməsinə baxmayaraq bu qədər kəskin baxış və tələblər fərqləri real nəticənin olacağını istisna edir. Lakin, bu sammit əslində Rusiyanın son ümidlərindən biri olacağı üçün Putin nisbətən yumşaq mövqe sərgiləyib vaxt qazanmağa çalışacaq.
Rusiyanın gündəlik neft ixracı 4 milyon bareldir və maskimum qiymət həddi 60 dollardır. Yeni sanksiyalar isə Rusiyadan neft alan ölkələrə də qarşı yönəlib və maksimum qiymət həddini 47.6 dollar olaraq müəyyən edib. Bu gün Rusiya iqtisadiyyatı özünün ən pis günlərindən birini yaşayır. Maksoiqtisadi göstəricilər, valyuta ehtiyatları çox aşağı düşüb və yeni sanksiyalar iqtisadiyyatın tamamilə dağılmasına səbəb olar. Həm də yeni sanksiyalar fonunda müharibənin maliyyələşdirilməsi çox çətin görünür.
Rusiyanın dilə gətirmədiyi hədəfləri:
Rusiyanın hədəfi yeni sanksiyaların tətbiqini təxirə salmaq, bir çox öncəki sanksiya paketlərini ləğv etdirərək nəfəs almaq, yenidən qüvvə qazanmaq, Ukrayna cəbhəsində atəşkəs əldə edib (lakin Krım və 5 regionu özündə saxlamaqla) digər hədəflərini həyata keçirməyə və digər MDB ölkələri ilə münasibətləri həll etməyə fokuslanmaq. Bunları Avropa da çox gözəl bilir, ABŞ də. Lakin, Trump Nobel Sülh Mükafatını almaq və bu müharibəni nəyin bahasına olursa olsun saxlamaq (məsələni həll etmək başqa mövzudur. Rusiya-Ukrayna müharibəsi dövlətləri və dövlət başçılarını aşan məsələdir) niyyətini ortaya qoyduğu üçün digər məsələləri arxa plana çəkməyə çalışır.
Lakin, qeyd etdiyim kimi, bu müharibənin nəticələri həm Rusiya və Ukraynanın bir dövlət kimi, həm də Rusiya və Ukrayna prezidentlərinin bir siyasətçi kimi talelərini həll etdiyi üçün hər iki tərəfin öz mövqelərində prinsipial olacaqları aşkardır. Rusiya isə Trumpı aldadaraq müəyyən manevrlər etmək, vaxt qazanmaq, topu Ukraynanın üzərinə atmağa çalışaraq nəfəs almaq şansı əldə etməyə çalışacaq.
Düşünürəm ki, ən yaxşı senaridə sammit bitdikdən sonra bəlkə ilk anlarda, günlərdə əla, hər şey gözəldir, anlaşdıq fikirlərini eşidəcəyik, lakin bir neçə gün sonra hər şey öz indiki məcrasına qayıdacaq...
Ukraynanı tam günahkar elan edib təzyiq göstərmək şansı və ehtimalları ABŞ üçün minimumdur, həm də risklidir. Səbəblər çoxdur.
Rusiya üçün ən pis senari isə elə ilk dəqiqədən etibarən qətiyyən anlaşmadıq fikirləri olacaq!
Bu sammit ölkəmiz üçün də düşündüyümüzdən qat-qat yüksək önəm daşıyır".