Lavrov: “Rusiya Alyaskadakı sammitdə mövqeyini açıq şəkildə təqdim edəcək” - ÖZƏL

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Alyaskadakı yüksək səviyyəli sammitdə Rusiya mövqeyini açıq və aydın şəkildə təqdim edəcək. Olaylar.az xəbər verir ki, "Biz heç vaxt nəticələri əvvəlcədən proqnozlaşdırmırıq. Bizim arqumentlərimiz var və mövqeyimiz aydındır. Onu təqdim edəcəyik", - deyə nazir jurnalistlərin sammitin uğur şansı barədə sorğusuna cavab verib.
Lavrov həmçinin qeyd edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi S. Uitkoffun səfərləri zamanı bir çox məsələlər müzakirə olunub. "Prezident Vladimir Putin bu barədə danışıb. S. Uitkoff prezident Donald Trampın adından çıxış edib. Ümid edirəm ki, bu faydalı söhbəti davam etdirəcəyik", - deyə nazir əlavə edib. ABŞ prezidenti Donald Tramp isə sammitin uğursuz olma ehtimalını 25% qiymətləndirib. Sammit Elmendorf-Richardson hərbi bazasında, Ankoridjdə keçiriləcək. Əvvəlcə prezidentlər Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş baş tutacaq, daha sonra hər tərəfdən beş nəfərlik nümayəndə heyətləri görüşəcək və yekunda prezidentlər müzakirələrin nəticələrini mətbuat konfransında açıqlayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31