Baş nazirin müavini: Rusiya "Tramp marşrutu"nun yaradılmasında Ermənistanı dəstəkləyir
13:04 Siyasət"Biz bu məsələyə belə yanaşırıq: Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan hesab edirsə ki, hansısa layihə onlar üçün faydalıdır, biz, təbii ki, burada Ermənistanı dəstəkləyirik".
Olaylar.az xəbər verir ki, bu fikri Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında deyib.
Overçuk bildirib ki, əgər İrəvan Zəngəzur dəhlizinin ("Tramp marşrutu") yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir.
"Əgər onlar hesab edirlərsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha çox təhlükəsizlik zəmanətləri verir, o halda bu yaxşıdır, çünki biz də Cənubi Qafqazda sülh proseslərini dəstəkləyirik, bu, bizim maraqlarımıza tam cavab verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31