Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
12:17 SiyasətSon günlər mətbuatda Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmazdan əvvəl Qərbi Azərbaycanla bağlı qurumların, o cümlədən Qərbi Azərbaycan İcmasının buraxılacağı və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı barədə xəbərlər yayılıb.
Olaylar.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli açıqlamasında bu məlumatları təkzib edib.
"Bu, tamamilə saxta xəbərdir. Bu kimi məlumatlar Ermənistandan qaynaqlanır. Qərbi Azərbaycan İcması bu mövzu ilə bağlı bəyanatla çıxış edəcək",-deyə Əziz Ələkbərli bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31