Hər halda idarəçilər Rusiyanın onurğasına atəş açmazlar- ÖZƏL

"Rusiyada ruslardan sonra sayca ikinci yerdə olan, IV ivan Qroznı zamanından etibarən əraziləri işğal edilmiş, tarixi torpaqlarında zülm altında yaşayan türk, müsəlman xalqları bu ölkəni saxlayan iki ayaqdan  biri, onurğa sütunudur". Olaylar xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Qonşuluqda və ya uzaqda olan hər hansı bir türk, müsəlman ölkəsi ilə düşmənçilik etmək həm Rusiyada yaşayan türk, müsəlmanların, həm də dünya müsəlmanlarının kəskin  etirazını doğuracaqdır. Bunun da  nəticələrini indidən görmək olar. Hər halda idarəçilər Rusiyanın iki ayağından birinə, onurğasına atəş açmazlar..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31