Vaşinqton imzası: Sülh yolunda dərslik iddiaları əhəmiyyətsizdir - ÖZƏL

Vaşinqtondakı hadisələrdən dərhal sonra Prezident İlham Əliyev yenidən Ermənistan Konstitusiyasına düzəlişlər tələbini gündəmə gətirdi.Erməni ekspert Tatevik Ayrapetyan isə cavab olaraq Azərbaycan dərsliklərində mətnlərin dəyişdirilə biləcəyini, bunu "dövlət təbliğatı" adlandırdı. Azərbaycan tərəfi həmin mətnləri tarixi həqiqət hesab edir.

" Vaşinqtonda tarixi sənədlər imzalandıqdan sonra , Azərbaycan və Ermənistan arasında sülh prosesində yeni bir mərhələ başladı. Təəsssüf  ki, Ermənistan daxilində hələ də bəzi məsələləri mübahisələndirmək istəyən qüvvələr tapılır". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamaslnda söyləyib: 

" Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Vaşinqtonda parafladığı sülh sazişinin layihəsində birinci və ikinci maddələr digər maddələr kimi də önəmlidir və burada dövlətlərin bir-birinə qarşı ərazi iddiaları irəli sürməmək, suverenliyə hörmət etmək və eləcə də nifrətin aradan qaldırılması ilə bağlı xüsusi fikirlər vardır. Bu da onu deməyə əsas verir ki, dərsliklərdə və tədris ədəbiyyatında olan bütün fikirlər öz əhəmiyyətini itirir və dövlətlərarası münasibətlər yeni bir mərhələyə qədəm qoyur. Hesab edirəm ki, Ermənistan daxilində olan bu sülhü pozan beşinci kolon sülh və təhlükəsizlik prosesinə zərbə vurmamalıdır. Bu cür fikirlərlə ictimai rəyi dəyişməyə cəhd etməməlidir. İllərlə erməni mətbuatında və dərsliklərində azərbaycanlılara və türklərə qarşı nifrət geniş vüsət almışdır. Bu gün əgər hər iki ölkənin lideri siyasi iradə nümayiş etdirərək əl sıxırlarsa, tarixi sənədə imza atırlarsa və sülh istiqamətində qətiyyətlərini ortaya qoyurlarsa, bu prosesə mane olmaq mümkün deyil və bu cür fikirlər yalnız ictimaiyyəti çaşdırmağa yönəlmiş hesab olunur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31