Ermənistan Avrasiya İttifaqından çıxa bilər- ÖZƏL
15:14 Siyasət"Ermənistan Baş naziri N. Paşinyan Avrasiya İttifaqının toplantısına qatılmayıb. Bu Baş nazirin məzuniyyətdə olduğu kimi əsaslandırılsa da, siyasi proseslər Avrasiya İttifaqından çıxmağa hədəflənib. Çünki, Avrasiya İttifaqında qalmaq Ermənistan üçün siyasi çətinliklər yarada bilər. Məhz Rusiya ittifaq çərçivəsində Ermənistanla iqtisadi əlaqələrə görə Kreml təzyiq mexanizminini işə salacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " ABŞ -da Azərbaycanla sülh prosesinə keçilməsi, Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ilə bağlı razılığın əldə edilməsi, həmçinin üçtərəfli Bəyannamə Ermənistan üçün yeni bir siyasi mərhələnin başlanğıcıdır. Artıq Ermənistanın Rusiyadan iqtisadi təsirini zəiflətmək üçün Türkiyə ilə sərhədlərin açılması yaxın aylarda reallaşa bilər. Bununla Ermənistan Türkiyə vasitəsilə Avropa İttifaqı ilə iqtisadi əlaqələrini quracaq. Türkiyə Ermənistan iqtisadiyyatına investisiya yatıracaq. Ona görə də N. Paşinyan ölkəsinin iqtisadi əlaqələrini Rusiya ilə deyil, Türkiyə və Avropa ilə inkişaf etdirməyi hədəfləyir. Bu da ölkəsinin müstəqilliyi deməkdir. N. Paşinyan seçkilərdə qələbə əldə edərsə, KTMT və Avrasiya İttifaqından çıxa bilər".