Regionda davamlı sülhə nail olmaq üçün sülh sazişi vacib şərtdir- ÖZƏL

"Regionumuzda davamlı sülhə nail olunması üçün Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ən vacib şərtdir". Olaylar xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib:"Buna görə də dövlətimizin başçısının Vaşiqtona işgüzar səfərinin tarixi əhəmiyyət kəsb edən nəticələri kimi Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Birgə Bəyannamənin imzalanması, eləcə də Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin Ağ Evdə paraflanması qeyd olunmalıdır. Birgə Bəyannamədə yer almış ən mühüm müddəalardan biri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Həmin müddəa Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanmasını nəzərdə tutur. Artıq həmin məktub Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tərəfindən imzalanmışdır və bu, 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəmdə saxladığı, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində atılmış çox mühüm addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31