Kreml detalları açdı: Putinin Trampla görüşü belə başlayacaq

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşü avqustun 15-də Alyaskada Elmendorf-Riçardson hərbi bazasında, Moskva vaxtı ilə saat 22:30-da başlayacaq.

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Məlumata görə, Putinlə Tramp əvvəlcə təkbətək söhbət edəcəklər, daha sonra nümayəndələr müzakirəyə qoşulacaq.

Görüşdə Putinlə birlikdə köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, müdafiə naziri Andrey Belousov və Rusiya İnvestisiya Fondunun baş redktoru Kiril Dmitriev iştirak edəcəklər. Danışıqlara hər iki tərəfdən 5 nümayəndə qatılacaq.

Görüş başlamazdan əvvəl Putinlə Tramp bir neçə söz deyəcəklər. Daha sonra nəticələrlə bağlı birgə mətbuat konfransı keçiriləcək.

Əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31