Vaşinqtonda Azərbaycanla Ermənistan arasındasaziş imzalanacaq?

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını həftələr öncə bəyan ediblər. Deməli, yerdə qalırdı tarixi və paraflanmanın imzalanacağı məkanı müəyyənləşdirmək". 

Politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampın bu həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ evdə qəbul etməyə hazırlaşması xəbərini Medianews.az-a şərh edərkən belə deyib.

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında<span style=color:red> saziş imzalanacaq?

E.Şahinoğlu qeyd edib ki, vaxtilə Qarabağ məsələsiylə məşğul olan 3 həmsədrdən ikisi - Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz: "Görünür, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində "Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq" ifadəsini işlətmişdi. Yəni Tramp bununla demək istəyirdi ki, sülh sazişinin hazırlanmasında və tərəfləri bir-birinə yaxınlaşdırmaqda onun administrasiyasının da payı var. Halbuki, Bakı və İrəvan bugünə qədər danışıqlarda nə əldə ediblərsə, bu birbaşa dialoq və müzakirələr nəticəsində baş tutub. Buna baxmayaraq, Bakı və İrəvan Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ Ev sahibinin rolunu kiçildən açıqlama vermədilər. Tramp verdiyi vədlərin əksinə olaraq Rusiya-Ukrayna müharibəsində, o cümlədən Yaxın Şərq sülh prosesində uğur qazana bilmir. Ona belə vəziyyətdə nəsə fərqli uğur hekayəsi lazımdır. Belə bir hekayə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər. Buna baxmayaraq, Bakının iki tələbi - Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk Qrupundan imtina gündəmdə ağırlığını qoruyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31