Dünya azərbaycanlılarının liderinə çevrilən şəxsiyyət- ÖZƏL
17 İyul 2024 10:33 Siyasət"Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində misilsiz rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Ümummilli Lider öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən parlaq salnaməsini yaradıb. Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi onu bütün dünya azərbaycanlılarının liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb".
Alim Hüseynli
Olaylar.az