İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial var- ÖZƏL
17 İyul 2024 10:28 Siyasət"Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticarət sahələrində aktivlik ikitərəfli münasibətlərin səviyyəsinə uyğun deyil. Bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial vardır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər".
"Olaylar" xəbər verir ki, bunu YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov deyib:
"Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan və Pakistanın iqtisadi əlaqələrinə gəldikdə deyə bilərik ki, 1995-ci ildə Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol" imzalanıb. 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub. 2017-ci ildə Azərbaycandan ixrac missiyası Pakistanda işgüzar səfərdə olub. Həmin ildə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib və "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. 2019-cu ildə Bakıda Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sərgisi keçirilib".
Alim Hüseynli
Olaylar.az