ABŞ Ermənistanı bəlanın qucağına atmaqla məşğuldur- ÖZƏL

"Faktiki olaraq bu gün Amerika Birləşmiş Ştatları Ermənistan vasitəsilə Rusiya əleyhinə bir plasdarm formalaşdırmağa çalışır. Könüllü şəkildə Ermənistandakı sorosçu hakimiyyətin bu məsələdə qətiyyətsizliyi, eyni zamanda  Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə "hə" deməsi vəziyyətin gərginləşməsinə səbəb olur. İstənilən halda, bu gün ABŞ Ermənistan vasitəsilə çox təhlükəli oyunlar oynayır və Ermənistanı bəlanın qucağına atmaqla məşğuldur". 



Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Hər halda  hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülhün müzakirə edildiyi bir vaxtda ABŞ əgər normal şəkildə sülhü təşviq etmək istəyirsə, digər tərəfdən də niyə Ermənistanla hərbi təlimlər və s. heyəti gərginləşdirsin? Bu baxımdan da ABŞ-nin bu gün müxtəlif məmurlar qismində Ermənistana səfərlər edən üzvlərinin olması, Ermənistanla müxtəlif  hərbi təlimlər, hər halda bütövlükdə Ermənistan ərazisində Rusiya və İran əleyhinə fəaliyyətin növbəti raundudur. Rusiya bu məsələ ilə bağlı arada bəyanatlar verir. Amma rəsmi Tehranın hələ ki, səsi çıxmır ki, bu da çox təəssüfləndirici və düşündürücü məqamdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31