Azərbaycan dost əli uzadan hər kəsin əlini sıxmağa hazırdır- ÖZƏL

"Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir. Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dostluq əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldən, mahir və müdrik siyasəti ilə Azərbaycanın beynəlxalq aləmdə tanınmasında çox böyük işlər görən cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan-pakistan əlaqələri kifayət qədər inkişaf edib. Nəyi, nə zaman, necə edəcəyini bilən bir rəhbər kimi cənab Prezident qardaş ölkədə çox böyük nüfuza malikdir. Dost üçün, qardaş üçün bir tikə çörəyimizi bölməyə hazır olduğumuzu işdə, əmldə sübut edən rəhbərimizin siyasəti nəticəsində bu gün Azərbaycan-Pakistan münasibətləri "unikal əlaqələr" kimi xarakterizə edilir və alqışlanır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin geniştərkibli görüşdə bu münasibətdən mütəəsir olması diqqəti cəlb etmişdir. 
Cənab İlham Əliyevin Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini qətiyyətlə müdafiə etməsi, bunun Haqq işi olduğunu və problemin həllinin beynəlxalq hüquq normaları əsasında vacibliyini qeyd etməsi bir daha göstərdi ki, Azərbaycan xalqı və onun Lideri öz əhdinə sadiqdir, bizə dost əli uzadan hər kəsin əlini sıxmağa hazırdır".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31