Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək birmənalıdır- ÖZƏL

"Müasir dövlətlərə və dövlətçilik tarixlərinə nəzər saldıqda həmin ölkələrin inkişaf və ya tənəzzül trayektoriyasını təhlil edərkən siyasi sistemlərin apardıqları siyasi kurs həlledici məqam kimi götürülməlidir. Ənənəvi və uzun tarixi yol keçmiş siyasi kursa malik olan Qərb sivilizasiyasından fərqli olaraq Azərbaycan kimi qeyri-Qərb ölkələrinin əldə etdiyi nailiyyətlər daha çox dövlətin başında dayanan şəxsdən, onun apardığı siyasi-iqtisadi kursdan asılıdır". 



"Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:

"Şübhə yoxdur ki, olduqca çətin geosiyasi bölgədə yerləşən türk-müsəlman dövləti Azərbaycan Respublikasının bugünkü vəziyyəti, onun beynəlxalq sistemdə tutduğu mövqe Ulu Öndər Heydər Əliyev siyasəti və onun davamçısı prezident İlham Əliyevin adı ilə bağlıdır.
Elə aparılan sosioloji sorğular bir daha göstərir ki, Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək birmənalıdır, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31