Səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası təsdiqləndi
15 İyul 2024 16:42 SiyasətSeçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası təsdiqlənib.
Olaylar-ın məlumatına görə, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə edilib.
İclasda növbədənkənar parlament seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31