Azərbaycan XİN Türkiyəni TƏBRİK ETDİ
15 İyul 2024 15:40 SiyasətAzərbaycan Xarici İlər Nazirliyi (XİN) 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 iyul - Demokratiya və Milli Birlik Gününüz mübarək!",-məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31