İnkişaf etmiş ölkələr Azərbaycan təcrübəsin öyrənir

Azərbaycan Respublikası Mediasiya Şurasının mediatorlardan ibarət üzvüləri və Türk dünyası Mediatorlar Birliyinin üzvülərinin iştirakı ilə xarici ölkə səfərləri davam edir. Hazırda Özbəkistan və Qırğızstan dövlət qrumları,təşkilatları ilə görüşlər keçirilir.Görüşlərdə Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov,İntizam Komissiyasının sədri,8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd,Etika  komitəsinin sədri Aqil Əsgərov,Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakub Erikel və üzvüləri iştirak edirlər.
     Sevindirici hal ondan ibarətdir ki,artıq bir çox inkişaf etmiş dövlətlər Azərbaycan Respublikası Mediasiyasının təcrubəsini öyrənir və müsbət qiymət verir.Baxmayaraq ki,Azərbaycanda mediasiya institutu yenidir,lakin effektli inkişaf etməkdədir.Təsadüfi deyildir ki,Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Oleq Matveyçev Azərbaycan Respublikası Mediasiya təcrübəsini nümunə hesab etmişdir.Azərbaycan Respublikası Mediasiya Şurası  "Mediasiya haqqında Azərbaycan Respublikası qanununu"  və ondan irəli gələn bütün məsələləri tam şəffaf şəkildə icra etməkdədir.Artıq Azərbaycan Mediasiyası cəmiyyətdə yeni fikir və yeni düşüncə formalaşdırır.Bu da bir çox münasibətdən irəli gələn mübahisələrin atrıq məcburi icra mexanizmi olmadan da həll olmasını mümkün hesab edir.Qanunun aliliyi vətəndaş cəmiyyətin maraqlarına uyğun olmasıdır.Medasiya haqqında qanun həm də bir növ sülhün və barışığın təməlini qoyur.Münaqişələrə son qoymaq və münasibətlərin davam etdirlməsinə zəmin yaratmaq mediasiya haqqında qanunun əsas məqsədidir. 
    Bakı 8 saylı Mediasiya Təşkilatının fəaliyyət göstərdiyi ünvan: Bakı şəhəri,Nizami rayonu,Heydər Əliyev prospekti 115,Sport plaza blok B,mərtəbə 11,otaq 1105 (bakı 5 saylı "ASAN XİDMƏT" mərkəzinin yerləşdiyi bina)               
   
Azad Rzayev 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31