Xalqına işiqlı gələcək bəxş edən lider- ÖZƏL
15 İyul 2024 14:09 Siyasət"Hər bir xalqın tarixində, onun talehyüklü məsələlərində xilaskarlıq missiyasını öz üzərinə götürərək xalqı bəlalardan xilas edən tarixi şəxsiyyətlər olmuşdur. Bu mənada Azərbaycan Xalqı çox xoşbəxt xalqdır ki, onun tarixində Heydər Əliyev kimi qorxmaz, qətiyyətli, uzaqgörən, dahi, xilaskar, lider şəxsiyyət olmuşdur".
"Olaylar" xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib:
"Azərbaycan Xalqının Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edərək, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, vətənə bağlılığı və digər ən yüksək keyfiyyətləri ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək inkişaf yoluna çıxarmışdır. Müasir, qüdrətli Azərbaycan dövlətinin memarı olan böyük Öndər Heydər Əliyevin fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, dahi Heydər Əliyevin həyat və fəaliyyətini sözlə ifadə etmək mümkün deyildir.
Azərbaycan üçün ömrünü şam kimi əridərək xalqına işiqlı gələcək bəxş edən Xalqımızın böyük oğlu Heydər Əliyev yaradılmış maneələrə baxmayaraq dəfələrlə özünü böyük təhlükələrə ataraq, haqq səsimizi dünyaya çatdırmışdır.
Əbədiyaşar Heydər Əliyev dühası Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biridir. Eyni zamanda Ulu Öndərimizin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik siyasətçi yetişdirməsi olmuşdur. Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olan İlham Əliyev Ümumilli Liderimizin həyata keçirdiyi siyasəti layiqincə, uğurlu şəkildə davam etdirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dahi Heydər Əliyevin ona olan inamını tam və ən yüksək səviyyədə doğruldaraq Azərbaycanımızı zirvələrə qaldırdı və ən əsası beynəlxalq ədaləti bərpa edərək bizləri işğaldan azad olunmuş torpaqlarımıza qaytardı, Qalib Xalqa çevirdi və ATA Vəsiyyətini yerinə yetirdi".
Alim Hüseynli
Olaylar.az